Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Şençjen şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib.
SİA xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.
Görüş APEC sammiti çərçivəsində baş tutub, təxminən 1 saata yaxın davam edib.
Bu, Çin Sədri ilə ABŞ Prezidentinin 2026-cı ildə üçüncü şəxsi görüşüdür. May ayında Tramp Pekinə dövlət səfəri edib, sentyabrda isə Si Cinpin cavab səfəri çərçivəsində Vaşinqtonda olub.
Ayşən Vəli