Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən rəsmi qəbul zamanı qısa söhbət ediblər. İki liderin əl sıxaraq bir neçə kəlmə mübadiləsi aparması diqqət çəkib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, Putin rəsmi qarşılama mərasimindən sonra sammitin ev sahibi, Çin Prezidenti Si Cinpin tərəfindən qarşılanan sonuncu şəxs olan Trampa yaxınlaşıb.
Rusiya və ABŞ prezidentləri əl sıxaraq qısa söhbət ediblər. Daha sonra Si Cinpin onları birgə fotoşəkil çəkdirmək üçün yerlərini tutmağa dəvət edib.
Qəbul Si Cinpinin adından APEC Forumunun iqtisadi liderlərinin şərəfinə Şençjen Beynəlxalq Mübadilə Mərkəzində təşkil olunub.
Məlumata görə, sabah Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçiriləcək. Bu danışıqlar Trampın iki prezidentlik müddəti ərzində Rusiya və ABŞ liderləri arasında səkkizinci üzbəüz görüş olacaq.