Şençjou 19 ekipajı üçüncü kosmik səfərini uğurla tamamlayıb

21.03.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin “Şençjou-19” kosmik gəmisinin ekipajı üçüncü kosmos yürüşünü uğurla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

"Şençjou-19" taikonavt komandası kosmik gəmidən kənarda üçüncü fəaliyyətini uğurla həyata keçirdi", - məlumatda deyilir.

Ekipaj lideri Çai Syudze bu günə qədər ən çox kosmos yürüşü edən taikonavt oldu.

“Şençjou-19” ekipajının orbitdə biologiya (meyvə milçəklərinin davranışının təhlili daxil olmaqla), fundamental mikroqravitasiya fizikası, materialşünaslıq, tibb və kosmik texnologiya sahələrində bir sıra elmi təcrübələr aparacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью