Səndən başqa heç kim məni sevmir... Elizabet Qaskell

12.11.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Viktoriya dövrü ingilis yazıçısı Elizabet Qaskellin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Bulud heç vaxt üfüqün bizim boylandığımız tərəfindən gəlmir.

*

Mənə nifrət etdiyini bilirəm, icazə ver deyim ki, bu, məni anlamadığın üçündür.

*

Gözləmək, hərəkət etməkdən qat-qat çətindir.

*

Kitablara bir uşağın tortlara baxdığı kimi - parıldayan gözlərlə, ağzı sulanaraq və məni gözləyən həzzi təsəvvür edərək baxıram.

*

Düşünmək məni dəfələrlə kədərləndirib, əzizim, amma hərəkət etmək ömrüm boyu heç vaxt kədərləndirməyib... Mənim prinsipim budur: bir iş gör, bacarırsansa yaxşılıq et, amma nə olursa-olsun, mütləq bir iş gör.

*

Onun axmaq olduğunu deməyəcəyəm, amma məncə, ikimizdən biri axmaq idi və o mən deyildim.

*

Kişilər qadınlardan necə də fərqli idilər!

*

Bəzən adam axmaq insanları axmaqlıqlarına görə, müdrik insanları müdrikliklərinə görə sevdiyindən daha çox sevir.

*

Özləri xoşbəxt və uğurlu olanlar başqalarının bədbəxtliyinə çox vaxt yüngül yanaşırlar.

*

Mən özünə düşkün, şəhvətpərəst insanları nifrətimə layiq görmürəm, sadəcə xarakterlərinin zəifliyinə görə onlara ikrahla baxıram.

*

Gözləmək həzzin ruhu idi.

*

Nələrin ola biləcəyini dərk etdikcə, olanlara şükür etməyə başladı.

*

Meyil və istək öndə gedəndə fürsətlər çox vaxt əskik olmur.

*

O, qızı sevirdi və sevəcəkdi də - həm ona, həm də bu dözülməz fiziki ağrıya meydan oxuyacaqdı.

*

Bir sirrin üstünü açmaqda, insanı həqiqətə aparan o hörümçək toru qədər incə ipucundan yapışmaqda həmişə xüsusi bir zövq var.

*

Ən uzun cığırın belə bir döngəsi olur.

*

Səndən başqa heç kim məni sevmir, heç kim mənim qayğıma qalmır, ana.

*

Qəzəbə kəskinlik verməkdə yaralanmış məhəbbətin tayı-bərabəri yoxdur.

*

Bir az sadəlövhlük insana həyat yolunda çox rahat irəliləməyə kömək edir.

*

Tənha həyat sadə xəyalları bəsləyərək onları dəliliyə çevirir.

*

Gözləməyin nə faydası var? Qaynamağı gözlənilən qazan heç vaxt qaynamaz.

Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı "Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir? Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью