Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Bəzən insanın ən böyük problemi özünə ən yaxın bildikləri olur.
Hətta onlar düşməndən də çox təhlükə olurlar. Onlar çalışıb hər an sənin yanında olur, gülür, danışırlar.
Səni çox istədiklərini hər an dilə gətirirlər. Amma burada bir məqamı unutmaq olmaz. Belələri işlərinə yarayana qədər sənin yanında olurlar.
Ən təhlükəlisi isə odur ki, insan istifadə olunduğunu uzun zaman, bəzən illərlə hiss etmir.
Biz bu yazıda səndən istifadə olunduğunu erkən anlamağa kömək edəcək 6 əsas məqamı təqdim edirik.
Birincisi odur ki, həmin şəxs səni yalnız ehtiyacları olanda xatırlayırlar.
Diqqət edək, problemləri olanda dərhal yazırlar, köməyə ehtiyacları olanda səni tapırlar. Amma sənin halını soruşan yoxdur.
Amma əlaqə tək tərəflidirsə, bu artıq münasibət yox, istifadədir.