Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az Həmid Herisçinin "Odisseyin evi" şeirini təqdim edir.
Orda bir ev var
Uzaqda...
Qapısı taxta.
Üzərliyi
Paslı qarmağda.
Bizimkidi.
Qapısını açmasaq da...
Orda bir çıraq yaşar.
Gözləri işıqla yaşarar
Tək otaqda.
Avaradı, havadadı
Küləyin bircə həmləsi ilə
Damından qopan
Ala qarğa.
Orda bir ev uzaqda...
Bizimkidi.
Yaşamasaq da...
Səndən ötrü
Batdım al-qana,
Necə ki qutab
Sumağa.
P.S. Saldın bizi
Narkotik asılılığa!
Qocaman nərdivanı ilə kərpic divarı
Birləşıb əbədi nigahda.
Sonrakı söhbətimizi verdim,
Qoy aparsın nərdtaxta.
“Döyüşçünün alicənablığı fahişənin təbəssümü kimidir..." - Jorj Bataydan aforizmlər "Tarix bizə baxır və ümid edirəm ki, ürəyi bulanmaz..." - Yazıçı Stefano Bennidən sitatlar Fələstinli müğənni Amerika turunu təxirə saldı - Səbəb