Səndən sonra yağan qar Bəxtiyar Qaracanın şeiri

24.02.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Bəxtiyar Qaracanın "Səndən sonra yağan qar" şeirini təqdim edir.

Səndən sonra yağan qar
yağar bu şəhərin küçələrinə.
Yağar bu şəhərin-
Ayı qaçırılmış,
ulduzu doğranmış gecələrinə.
Tənha küçələrdə qarılar gəzər,
Yeriyər ağappaq qayğıları da.
Bir gün bu şəhərin qarı ərisə,
əriyər ağappaq qarıları da.
Orda üfüqlərin rəngi qan dadır,
Cavan ağacların budağında qan...
Üzümü -gözümü göyə sürtərəm
Gözlərim qar dolu qan olanacan.
Səndən sonra yağan qar
Daha bu şəhərə gərək olmadı
Bir az qaygısı da artdı yolların,
Bu qar quşlara da çörək olmadı...

1982-ci il

Qara qarğa - Aslan Quliyevin hekayəsi Luvr muzeyi təmirə bağlanır Sevgisiz nikahın qurbanı - Bir-birinə xəyanət edən ər-arvad
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью