Sənə alma satmıram deyən satıcını söydü Həbs olundu

26.02.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Sabirabad rayonunda bazarda alma satan satıcını söyən şəxşə hökm oxunub.

Qaynarnfo-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini İbrahim İbrahimxəlilov (şərti) bazarda olarkən qardaşı övladı ona zəng edərək alma almasını xahiş edib. 

O, alma satan G.H.-ya yaxınlaşaraq meyvə almaq istəyib. Həmin vaxt satıcı onu görüb, alma cərgəsinin üzərini bağlayıb. İbrahim ondan səbəbini soruşanda G.H "sənə alma satmıram" deyib. 

Təqsirləndirilən şəxs içkili olduğundan əsəbiləşərək G.H.-ya qarşı nalayiq ifadələr işlədib və ona hücum edib. 

Məhkəmənin qərarı ilə İbrahim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью