Icma.az bildirir, Milli.az portalına istinadən.
İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-Yorkun meri Zöhran Məmdanini HƏMAS-ı dəstəkləməkdə ittiham edib.
Milli.Az xəbər verir ki, Netanyahu Məmdaniyə müraciətində onun fikirlərini tənqid edib.
"Cənab Məmdani, ayıb olsun sənə. Xalqımızı qətlə yetirən HƏMAS canavarlarını dəstəklədiyiniz üçün sizdən utanıram", - deyə Netanyahu bildirib.
İsrailin Baş naziri Məmdanini Nyu-Yorkda yəhudilərə qarşı iğtişaşlara təhrik etməkdə də ittiham edib.
"Mən BMT-yə gedirəm. Qəhrəman əsgərlərimiz və sənin haqqında həqiqəti deyəcəyəm", - deyə Netanyahu əlavə edib.
Qeyd edək ki, daha əvvəl Nyu-York şəhərinin meri Zöhran Məmdani Netanyahunu müharibə cinayətkarı və Fələstin xalqına qarşı törədilən dəhşətli soyqırımın memarı adlandırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)