“Sənə dönmüşəm, Xanım, sənə dönmüşəm, kəndim...”

07.11.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmiz şanlı zəfərin 5-ci il dönümünə böyük təntənə ilə hazırlaşır. 8 Noyabr - Zəfər Günü ərəfəsində “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Xankəndini təsvir edən, onu misralarında yaşadan yeni şeirini saytımıza təqdim edib.

“Qafqazinfo” tanınmış şairin “Xankəndi və M.Zəkiyə” adlı şeirini oxucularla bölüşür:

“Tavanı – göy şüşəli,

Döşəməsi – meşəli...

Ovçunun yuxusunda

Marala bənzəyir o.

Dağların yaxasında

Medala bənzəyir o.

Burda bahar payızı,

Qış yayı məst eləyir.

Bu yerlərin havasın,

Bu göylərin yağışın

Üzeyir bəstələyir.

Burda doğulmur adam

Əkilir şitil kimi.

Adladım yurddan yurda

Şütüyən sətir kimi.

Gəzdim düzü, dünyanı

Bu düz – dünya tükəndi.

Sənə dönmüşəm, Xanım,

Sənə dönmüşəm, kəndim.

Dünyada nələr gördük

Həyatımız baş-ayaq:

Yaşamaq vaxtı öldük,

Ölmək vaxtı yaşayaq!

Tavanı – göy şüşəlim,

Döşəməsi – meşəlim...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью