“Sənə dua edən, gəlişinə sevinən yoxdur...” Xoşqədəmdən etiraf

16.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xoşqədəm Baxşəliyeva valideyn itkisi ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında bu halın həyatında yaratdığı boşluqdan yazıb:

“Ananı, atanı itirdiyin gün həyat sənin üçün dayanır. Dünya üstünə gəlir, qolun-qanadın qırılır, söykəndiyin dağ uçur… Bakıda online alış-veriş

Sonra bütün bu qarmaqarışıqlığın içindən çıxmağa, yenidən ayaqda qalmağa çalışırsan. Keçmişi axtarırsan, özünü sorğulayırsan. Ana-atanla keçirdiyin bütün günlər kino lenti kimi gözünün önündən keçir. Və anlayırsan ki, itirdiyin o köhnə kişilərin, o köhnə qadınların, isməti, mərdliyi, kişiliyi, qadınlığı ilə ad çıxarmış insanların sayı getdikcə azalır. Belə bir dünyanın içində yaşadığını dərk etdikcə özünü çıxılmaz bir quyuda hiss edirsən.

O quyudan çıxmaq isə o qədər çətindir ki… Dərdləşmək, ürəyini boşaltmaq istəyirsən, ayaqların səni istər-istəməz onların qapısına aparır. Elə o an anlayırsan ki, artıq səni gözləyən, sənin üçün narahat olan, sənə dua edən, gəlişinə sevinən o doğma insanlar yoxdur…

Bütün itkilər içində ən ağırı ana-ata itkisidir. İllər keçir, həyat davam edir, sən də gülür, sevinir, yaşayırsan… Amma içində heç vaxt böyüməyən bir uşaq qalır. Hərdən başını qaldırıb anasını, atasını axtaran, bircə dəfə də olsa onlara sarılmaq istəyən bir uşaq…”

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью