Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Gültəkin Hacıbəylinin malik olduğu iddia edilən əmlakların siyahısının da əks olunduğu müəllif yazısı yazıb.
“Qafqazinfo” “Musavat.com”a istinadən deputatın yazısını təqdim edir: “Ay Gültəkin, vay Gültəkin... Nə günlərə qaldın sən?
Eqo, hikkə, təkəbbür səni haralara qədər endirdi, hansı rəzilliklərə qədər yuvarladı? Bədbəxt adam!
Bir xəyanət qalmışdı, artıq o mövzuda da ismin keçir... Hərgah, niyə və nəyə təəccüblənirik?!
Gültəkin – həmin Gültəkindir ki, bir vaxtlar YAP-ın mitinqində söylədiyi nitqi 10 il sonra nöqtəsinə - vergülünə belə toxunmadan “Milli Şura”nın mitinqində təkrarlamağı bacarıb.
Gültəkin – həmin buqələmundur ki, ingilis dili müəllimliyindən “ingilis bayrağı”na qədər böyük bir yol qət edib.
Gültəkin – həmin “işbaz”dır ki, vaxtilə deputat seçildiyi dairədəki obyektlərinin sayı seçicilərinin sayından daha çox olub.