Sənəd üzərində doğum tarixi ancaq bu halda dəyişə bilər Vəkildən AÇIQLAMA

13.11.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Qanunla yaşınızı sənədlər üzərində azaltmaq mümkün deyil. Bununla bağlı tək istisna Ailə Məcəlləsində göstərilib. Ailə Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, övladlığa götürmənin gizli saxlanılması məqsədilə uşağın doğum tarixi 3 aydan çox olmamaq şərtilə dəyişdirilə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. 
"Övladlığa götürülmüş uşağın doğum tarixi yalnız həmin uşaq 1 yaşına çatana qədər, sadəcə 3 aylıq dəyişdirilə bilər. Ancaq bilmək lazımdır ki, əgər belə bir imkan olsaydı, hamı gedib doğum tarixini dəyişdirərdi. Yəni, bu, mümkünsüzdür. Qanuna əsasən, doğum tarixini yalnız o zaman dəyişdirmək mümkündür ki, sənədlərdə səhvlik olsun.
Onda da bunu sübuta yetirməlisiniz. Məsələn, sübut etməlisiniz ki, doğum tarixi mayın 5-i deyil, mayın 20-sidir. Yəni, qanunla yaşınızı sənədlərdə azalda bilməzsiniz".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью