Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir DEPUTAT

25.11.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir" - DEPUTAT

Sənədsiz evlərin sənədləşdirməsi problemi var.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir", - deyə Siyavuş Novruzov qeyd edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью