Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanır

16.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanır. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə məskunlaşma plansız həyata keçirilib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı keçirilən brifinqdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.

Onun sözlərinə görə, Dövlət Xidməti hüquqların yalnız qeydiyyatı prosesini həyata keçirir:

“Bu hüquqları yaradan heç bir sənədi biz vermirik. Torpaqayırma hüququ icra hakmiyyətlərinin səlahiyyətindədir. Həmin evlər bu sənədlər olmadan tikilib. Bununla bağlı hazırlanan qanun layihəsində bu məsələlər öz əksini tapmalıdır”. 

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью