Sənədsiz evlərlə bağlı yeni açıqlama

25.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Sənədsiz evlərin sənədləşdirməsi problemi var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir", - deyə Siyavuş Novruzov qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью