Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, “Agence France-Presse (AFP)” agentliyi belə xəbər yayıb.
“Fransanın Seneqaldakı son iki hərbi obyekti cümə axşamı Fransa ordusunun ölkədə daimi mövcudluğunun başa çatması münasibətilə keçirilən mərasimdə bu ölkənin hakimiyyətinin nəzarətinə qaytarıldı”, - məlumatda vurğulanır.
Agentlik, həmçinin bütün Qərbi və Mərkəzi Afrikada Fransanın hərbi mövcudluğuna xitam verildiyinə diqqət çəkib.
Xatırladaq ki, keçmişdə keçmiş Fransanın müstəmləkəsi olmuş Seneqalın prezidenti Bassiru Diomay Fay 2024-cü il noyabrın sonlarında ölkənin suverenliyi anlayışının Fransanın Seneqal ərazisində hərbi bazalarının olması ilə bir araya sığmadığını açıqladı.
- Ölkə Fransa ordusunun Seneqal hərbçilərinə qarşı 80 il əvvəl törətdiyi hərbi cinayətlərə görə Fransa tərəfindən rəsmi üzr istəmək hüququna malikdir”, - Seneqal prezidenti Fransanın müstəmləkəçilik siyasətinin bir çox xalqlara hansı faciələr bahasına başa gəldiyinə işarə edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Fransanın Seneqaldakı son iki hərbi obyekti cümə axşamı Fransa ordusunun ölkədə daimi mövcudluğunun başa çatması münasibətilə keçirilən mərasimdə bu ölkənin hakimiyyətinin nəzarətinə qaytarıldı”, - məlumatda vurğulanır.