Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Seneqal millisi üçün təhlükə Afrika Millətlər Kubokunun finalında Mərakeşə qalib gələn Seneqal millisi həlledici matçda baş verən hadisələrə görə ciddi intizam tədbirləri ilə üzləşə bilər.
QOL.az xəbər verir ki, sözügedən görüşdə Seneqalın qapısına təyin olunan mübahisəli penaltidən sonra baş məşqçi Pap Tyav etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb, bu fonda yığmanın azarkeşləri isə meydana daxil olmağa cəhd ediblər.
Daha sonra ulduz futbolçu Sadio Mane komanda yoldaşlarını soyunub-geyinmə otağından geri qaytarıb və oyun davam edib.
Seneqal millisi finalda əlavə vaxtda Pap Qeyenin vurduğu qolla qələbə qazanıb.
Bildirilib ki, baş məşqçi Pape Bouna Thiavın, eləcə də milli komandanın bir neçə oyunçusunn uzunmüddətli diskvalifikasiya təhlükəsi var.
Mümkün sanksiyalar iyun ayında başlayacaq 2026-cı il dünya çempionatının oyunlarına da şamil edilə bilər.
Seneqal yığmasının davranışı həm FİFA, həm də Afrika Futbol Konfederasiyası tərəfindən kəskin tənqid olunub.