Seneqal millisində böhran

20.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Seneqal millisində böhran

Seneqal millisində DÇ-2026 zamanı ciddi təşkilati və maliyyə problemlərinin yarandığı bildirilir.

QOL.az xəbər verir ki, bu barədə “Sport News Africa” məlumat yayıb.

Mənbənin iddiasına görə, futbolçular dünya çempionatının seçmə mərhələsinə və Afrika Millətlər Kubokundakı çıxışlarına görə nəzərdə tutulan mükafatları hələ də almayıblar.

Bundan əlavə, komanda üzvləri ABŞ-dakı yaşayış şəraitindən də narazıdırlar. Bildirilir ki, millinin məskunlaşdığı otel komandanın statusuna uyğun deyil, qidalanma ilə bağlı da problemlər var. Bu səbəbdən bəzi futbolçular yeməklərini öz hesablarına sifariş edirlər.

Məlumata görə, Seneqal millisinin baş məşqçisi Pap Tiau da yeni müqavilə olmadan fəaliyyətini davam etdirir. Onun əvvəlki müqaviləsinin müddəti başa çatıb, maaşı isə təxminən beş aydır ödənilmir.

Qeyd olunur ki, bütün bu problemlər mundialın qrup mərhələsində Norveçlə keçiriləcək vacib oyundan öncə ortaya çıxıb. Fransa ilə ilk matçda 1:3 hesabı ilə məğlub olan Seneqal millisi pley-off şanslarını qorumaq üçün növbəti görüşdə müsbət nəticə qazanmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью