Seneqal millisində gərginlik: Mane ilə Kulibali arasında fikir ayrılığı

06.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Seneqal millisində daxili narazılıq yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə “Goals Side” nəşri məlumat yayıb.

Komandanın iki lideri Sadio Mane və Kalidu Kulibali arasında fikir ayrılığı yaşanıb. Buna səbəb müdafiəçi Malanq Sarrın DÇ-2026 üçün heyətə daxil edilməsi olub.

Mane Sarrın milliyə çağırılmasını dəstəkləyib. Kulibali isə bu qərara qarşı çıxıb.

Qeyd edək ki, Seneqal millisi DÇ-2026-da mübarizəni 1/16 final mərhələsində dayandırıb. Afrika təmsilçisi Belçikaya 2:3 hesabı ilə məğlub olub.

Komandanın turnirdən kənarda qalmasından sonra yarımmüdafiəçi Pap Geye hazırkı məşqçilər korpusu ilə millidə oynamayacağını açıqlayıb. Seneqal millisinə Pap Tiau rəhbərlik edir.

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Haaland dayanmır: REKORDA ŞƏRİK ÇIXDI DÇ-26: İngiltərə 1/4 finalda! - YENİLƏNİB DÇ-26: "Norveç nağılı" davam edir: Braziliya DÇ ilə vidalaşdı - YENİLƏNİB DÇ-2026: Fransa 1/4 finalda - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью