Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Seneqal millisinin qapıçısı Éduard Mendi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda İraqla keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
QOL.az xəbər verir ki, bu haqda yığmanın sosial şəbəkə hesablarında məlumat yayılıb.
34 yaşlı qolkiper dizindən aldığı zədə səbəbindən qarşıdakı oyunu buraxacaq. Mendinin zədəsinin ağırlıq dərəcəsini müəyyənləşdirmək və turnirdə iştirakını davam etdirib-etdirməyəcəyinə qərar vermək üçün əlavə tibbi müayinələr aparılacaq.
Qeyd edək ki, təcrübəli qapıçı Norveçlə keçirilən və Seneqalın 2:3 hesabı ilə uduzduğu görüşdə sol dizindən zədələnib. O, matçın 63-cü dəqiqəsində əvəzlənib.