Seneqal millisini çalışdıracaq

18.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Seneqal millisini çalışdıracaq

Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi təyin edilib.

QOL.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası rəsmi açıqlama yayıb.

Son olaraq “Cenoa”nı çalışdıran fransalı mütəxəssis daha əvvəl “Strasburq”, “Kristal Pelas”, “Nyu-York Siti”, “Nitsa” və “Mançester Siti”nin gənclər komandasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2025-ci ilin payızında “Cenoa”dan ayrıldıqdan sonra klubsuz idi.

Qeyd edək ki, Fransa vətəndaşı olmasına baxmayaraq 49 yaşlı Vieyra Seneqalın paytaxtı Dakarda anadan olub.

Xatırladaq ki, Seneqal Futbol Federasiyası bundan əvvəl komandanın 2026-cı il dünya çempionatında Belçikaya 1/16 finalda əlavə vaxtda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra baş məşqçi Pape Tiau ilə yolları ayırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью