Seneqal millisinin baş məşqçisi göndərildi

12.07.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Seneqal millisinin baş məşqçisi göndərildi

Seneqal millisinin baş məşqçisi Pape Tiav vəzifəsindən uzaqlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası məlumat yayıb. Qərarın 2026-cı il dünya çempionatında qeydə alınan uğursuz nəticələrdən sonra verildiyi bildirilib.

45 yaşlı mütəxəssisin rəhbərliyi altında Seneqal mundialın 1/16 finalda Belçikaya qarşı 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Pape Tiav 2024-cü ilin dekabrından Seneqal millisini çalışdırırdı. O, bu ilin əvvəlində komandanı Afrika Millətlər Kubokunda çempion etsə də, mundialdakı uğursuz çıxış onun postunu itirməsi ilə nəticələnib. L'Équipe nəşrinin iddiasına görə, Seneqal millisinin baş məşqçi vəzifəsinə əsas namizəd Patrik Vieyradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью