Seneqal Prezidenti: Fransanın hərbi bazalarının mövcudluğu suverenliklə bir araya sığmır

29.11.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransanın hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır.

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Bassiru Diomay Fay bəyan edib.

"Seneqal müstəqil, suveren ölkədir. Suverenlik hərbi bazaların mövcudluğuna icazə vermir", - B.Fay Fransanın hərbi bazalarını nəzərdə tutaraq bildirib.

O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə konstruktiv münasibətlərini nümunə gətirib. Qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью