Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Seneqal millisi DÇ-2026-da tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, Afrika təmsilçisi İraq üzərində 5:0 hesablı qələbə sayəsində dünya çempionatları tarixinə düşüb.
Belə ki, Seneqal mundial tarixində bir oyunda 5 qol vuran ilk Afrika millisi olub.
Buna qədər Afrika təmsilçilərinin ən yüksək göstəricisi 4 qol idi. Bu nəticəyə Kamerun (2002-ci ildə Səudiyyə Ərəbistanına qarşı), Əlcəzair (2014-cü ildə Cənubi Koreyaya qarşı) və Mərakeş (2026-cı ildə Haitiyə qarşı) imza atmışdı.
Qeyd edək ki, Seneqal İraqı 5:0 hesabı ilə məğlub edib və I qrupunu 6 xalla 3-cü pillədə başa vurub.
Kanada tarix yazdı - İlk dəfə qrupdan çıxdı Mbappe Klozeyə çatdı - Messi ilə fərq 2 qola endi Messidən antirekord - Dünya çempionatlarında bunu edən ilk futbolçu oldu Messi Klozeni geridə qoydu - Dünya çempionatlarının yeni bombardiri Muslera əfsanəyə çatdı - Taffarelin rekorduna şərik oldu