Seneqal yığması İngiltərəni məğlub edən ilk Afrika komandası oldu

11.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yoldaşlıq görüşündə İngiltərəyə 3:1 hesabı ilə qalib gələn Seneqal millisi bunu bacaran ilk Afrika komandası olub.

Oxu.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, indiyədək "qara qitə"ni təmsil edən heç bir milli İngiltərə yığmasını üstələyə bilməyib.

"Dumanlı albion" təmsilçiləri Afrika komandaları ilə 21 matça çıxıblar. Bu oyunlardan 15-də qalib gələn ingilislər, 6 dəfə heç-heçəyə razılaşıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью