Seneqalda baş məşqçiliyə əsas namizəd: Patrik Viera

24.07.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Seneqal Futbol Federasiyası milli komandanın baş məşqçi postuna Patrik Vieranı gətirmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, federasiya fransalı mütəxəssisi yığmanın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd kimi müəyyənləşdirib və onun təyinatı istiqamətində iş aparır.

Qeyd edək ki, Patrik Viyera məşqçilik karyerası ərzində "Nyu-York Siti", "Nitsa", "Kristal Pelas", "Strasburq" və "Cenoa"nı çalışdırıb.
O, futbolçu kimi isə Fransa millisi ilə 1998-ci il dünya çempionu və AVRO-2000-in qalibi olub.

Klopp Almaniya millisinin baş məşqçisi oldu – Rəsmi Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью