Seneqalda miqrant qayığı batıb: 21 ölü

08.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Seneqal sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində azı 21 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Seneqal Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, piroqa (ənənəvi kiçik qayıq-red.) ölkənin şimal-qərbində yerləşən Kebemer sahillərində qəzaya uğrayıb.

Nazirliyin məlumatına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İndiyədək bir nəfər sağ tapılıb.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, təhlükəli Atlantik marşrutu Qərbi Afrika miqrantlarının Avropaya üz tutması üçün əsas istiqamətlərdən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью