Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mümkün sağ qalanların və digər qurbanların axtarışı davam etdirilir
Seneqalın mərkəzindəki Tube şəhərində tikilməkdə olan üçmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfər ölüb, 7 nəfər yaralanıb.
AYNA.AZ RTS radiostansiyasına istinadən xəbər verir ki, xilasetmə işlərinə xeyli insan və texniki resurs cəlb olunub.
“Mümkün sağ qalanların və digər qurbanların axtarışı davam etdirilir”, - məlumatda deyilir.
Yerli prefekt faciənin səbəbinin tikinti qaydalarına əməl edilməməsi olduğunu bildirib. Qeyd olunur ki, binanın çökməsinin dəqiq səbəblərinin və hadisəyə görə məsul şəxslərin müəyyən edilməsi üçün xidməti araşdırma başladılıb.