Seneqaldan CAF a ulduz lu cavab

28.03.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Seneqaldan CAF-a "ulduz"lu cavab

Seneqal milli komandası Peruya qarşı keçirəcəyi yoldaşlıq görüşündə meydana üzərində iki ulduz olan forma ilə çıxacaq.

QOL.az xəbər verir ki, formadakı iki ulduz Afrika Millətlər Kubokundakı qələbələrin sayını simvolizə edir. Qarşılaşma bu gün Parisdəki "Stad de Frans" stadionunda baş tutacaq. 

Xatırladaq ki, daha əvvəl Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı il Afrika Millətlər Kubokunun finalında Seneqalın meydanı tərk etməsi səbəbindən onlara texniki məğlubiyyət vermiş, qələbəni isə Mərakeşə layiq görmüşdü. Seneqal tərəfi isə bu qərara etiraz edərək özünü çempion hesab edir.

Qeyd edək ki, Seneqal Futbol Federasiyası CAF-ın bu qərarından artıq İdman Arbitraj Məhkəməsinə (CAS) rəsmi şikayət ünvanlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью