Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun final oyunu ilə bağlı rəsmi bəyanat yayıb.
Futbolpress.az xəbər verir ki, məsələ üzrə dinləmələr oktyabrın 8-də qurumun Lozannadakı mənzil-qərargahında baş tutacaq.
CAS-ın bəyanatında deyilir:
“Dinləmə qapalı qapılar arxasında keçiriləcək. İclasdan sonra kollegiya müzakirələrə başlayacaq. Hazırkı mərhələdə yekun qərarın nə vaxt açıqlanacağını demək mümkün deyil, lakin bu, dinləmə günü baş verməyəcək”.
2026-cı ilin yanvarında Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi olsa da, daha sonra Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşlə final matçında komandanın baş məşqçisi Pape Tiav və futbolçuların davranışı səbəbindən seneqallılara texniki məğlubiyyət verib.