Seneqallı forvard “Çelsi”ni tərk edə bilər

14.07.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çelsi”nin forvardı Nikolas Cekson komandanı tərk etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçuya bir neçə klubdan təklif gəlib.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi isə seneqallını transfer etmək istəyən klublardan 70 milyon avro tələb edir.

"Aston Villa", "Mançester Yunayted" və "Napoli"nin transfer siyahısında yer alan Ceksonun seçimi maraqla gözlənilir.

Qeyd edək ki, futbolçunun “Çelsi” ilə müqavilə müddəti 2033-cü il iyunun 30-na qədərdir. Forvard karyerası ərzində “Kasa Sports”(Seneqal), “Vilyarreal” və “Mirandes” klublarında da çıxış edib.

"Fənərbaxça"nın transferi ingilisləri heyrətə saldı: Trossardın transferi tamamlanıb “Nyukasl” ukraynalı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır “Barselona” “Çelsi”nin futbolçusunu istəyir Onana yenə zədələnib Messi dubl etdi, komandası qələbə qazandı - VİDEO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью