Seneqallı ulduz Qalatasaray ın radarına düşdü

11.07.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Qalatasaray” hücum xəttini gücləndirmək üçün real addımlar atmağa başlayıb.

Fanat.Az Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Matteo Moretto yayıb. 
Mənbənin məlumatına görə, “cimbom” “Komo” klubunda oynayan Assan Diaonu radarına alıb. 

“Sarı-qırmızılı”lar 20 yaşlı gənc ulduzu heyətinə qatmağa hazırlaşır. Oyunçunun transfer dəyəri 30 milyon avro olaraq dəyərləndirilsə də, İstanbul nəhəngi onu daha aşağı qiymətə əldə etməyi planlaşdırır.

Qeyd edək ki, son mövsüm “Komo”nun heyətində 20 matça çıxan Diao bu oyunlarda 2 qol və 1 asistlə yadda qalıb.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью