Seneqallı yarımmüdafiəçi üçün mübarizə qızışır

27.08.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

​"Tottenhem"in yarımmüdafiəçisi Pape Matar Sarr karyerasını Fransa Liqa 1-də davam etdirməyə yaxındır. ​Sport24.az xəbər verir ki, "Sky Sport Switzerland"ın yaydığı məlumata görə, Seneqal millisinin üzvü "Monako"ya keçməyə üstünlük verir.
​Lakin 23 yaşlı futbolçunun transferində "Nottingem Forest" də iddialıdır. Premyer Liqa təmsilçisi müdaxilə etməklə keçidin gedişatını dəyişməyə çalışır. "Nottingem"in "Tottenhem"in Sarr üçün tələb etdiyi ən azı 25 milyon avroluq təzminatı ödəyə biləcək maddi imkana sahib olduğu bildirilir.
​London klubu isə yarımmüdafiəçini satmaqla yanaşı, onu icarəyə göndərmək variantını da istisna etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью