Şener Üşümezsoy Celal Şengörü bu səbəbdən qınadı

25.04.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

İki gün əvvəl İstanbulda yaşanan zəlzələni proqnozlaşdıran seysmoloq Şener Üşümezsoy tarixçi Celal Şengörə qarşı sərt çıxış edib. 

BAKU.WS xəbər verir ki, o bir müddət əvvəl  Şengörün insanalara "Böyük İstanbul zəlzələsi gəlir" deyə xəbərdarlıq etməsini qınayıb. 

Şener Üşümezsoy "Şengör cəmiyyətə dediklərinə görə özü-özünü tənqid edibmi?" deyə qeyd edib.

Bundan sonra seysmoloq Mərmərə dənizində gözlənilən zəlzələnin olduğunu və artıq zəlzələ baş verməyəcəyini bildirib.

Bu səbəbdən də Celal Şengörün sözləri onu çox əsəbiləşdirib. 

Xatırladaq ki, Celal Şengör bir müddət əvvəl müsahibələrində "Böyük İstanbul zəlzələsi gözlənilir. İstanbul top ağzındadır. İllərdir görülməyən tədbirlər səbəbindən vaxt daralıb. Ən məntiqli addım şəhəri tərk etməkdir" - deyə bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью