Senesi DÇ xəbərini tətildə aldı Sevgilisi həmin anı çəkdi VİDEO

12.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Argentina millisinin DÇ-2026 heyətində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, zədəli Leonardo Balerdi yığmanın heyətindən çıxarılıb.

Onun yerinə Markos Senesi Dünya Kuboku üçün milliyə çağırılıb.

29 yaşlı müdafiəçi bu xəbəri İbizada tətildə olarkən alıb. Senesinin Argentina millisindən zəng aldığı anı sevgilisi, futbolçu Kelci-Rose Bouers lentə alıb.

Zəngdən sonra cütlük sevincli anlar yaşayıb və video qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Senesi Argentina millisinin heyətində ilk dəfə dünya çempionatında iştirak edəcək. Balerdi isə sağ ayağındakı zədə səbəbindən mundialı buraxacaq.

"Barsa" istədi, KLUBU SATMADI Bernardo Silva “Real Madrid”də - SON DƏQİQƏ Argentina millisində dəyişiklik: Balerdi heyətdən çıxarıldı Rəsmi: Joze Mourinyo “Real Madrid”ə qayıtdı "Siti"də Qrilişin "qələmi qırıldı": GERİ İSTƏMİRLƏR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью