Sənət dialoqu Sabirabadda Xalq artisti Gülyaz Məmmədova ilə görüş

13.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Sənət dialoqu” layihəsi davam edir. Layihə çərçivəsində mayın 19-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova ilə görüş təşkil olunacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbirdə Gülyaz Məmmədovanın sənət yoluna nəzər salınacaq, həmçinin xanəndə musiqi və incəsənət məktəblərinin şagirdlərinə ustad dərsi keçəcək.

Qeyd edək ki, “Sənət dialoqu” layihəsinin məqsədi tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin müəllim və şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi, onların yaradıcılıq potensialının stimullaşdırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью