Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin... Stanislavskidən aforizmlər

07.08.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün görkəmli rus teatr rejissoru və aktyor Konstantin Stanislavskinin anım günüdür.
Kulis.az onun məşhur aforizmlərini təqdim edir.


“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin”.
***

“Kiçik rollar yoxdur, kiçik aktyorlar var”.
***

“Rol oynamayın, səhnədə yaşayın”.
***

“Teatr qarderobdan başlayır”.
***

“Təxəyyül aktyorun ən böyük mühərrikidir; o olmadan səhnədə canlı həyat yarana bilməz”.
***
“Səhnədə hər şeyə inanmalısınız; inam olmayan yerdə sənət də yoxdur”.
***

“Ən böyük ustad təbiətdir, aktyor sadəcə onun qanunlarını səhnəyə köçürür”.
***

“Səhnədə həqiqət —-sizin həqiqətən hiss etdiyiniz və tamaşaçını inandırdığınız şeydir”.
***

“Aktyor eyni zamanda həm yaradıcı, həm də öz yaradıcılığının materialıdır”.
***

“Yaradıcılıq intizamdan başlayır; daxili intizamı olmayan aktyor səhnədə azad ola bilməz”.

Van Qoqu, Freydi və Darvini roman qəhrəmanına çevirən yazıçı kim idi? Varşavadakı şirniyyat dükanından başlayan böyük sevgi – Mirzə Balanın naməlum həyatı 2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью