“Sənətdə uğur əldə edəcəyimə inanıram” Nicat Yunisbəyli FOTOLAR

25.12.2024

Icma.az, Shownews saytına istinadən bildirir.

Gənc və istedadlı müğənni Nicat Yunisbəyli yeni layihələr üzərində çalışır. 
 

2025-ci il üçün bir neçə yeni mahnı təqdim edəcək sənətçi bildirib ki, heç vaxt bayağı mahnılar ifa etməyəcək:

"Anlayıram, indi tanınmaq və böyük pullar qazanmaq üçün bayağı mahnılar ifa etmək lazımdır. Estrada ifaçıları bu gün çətinlik çəkir. Amma mən heç baxt o kimi mahnılara müraciət etmərəm. Əminəm ki, uğur əldə edəcəyəm. Ola bilər bir qədər zaman alsın. Amma bu mütləq olacaq".

Qeyd edək ki, N. Yunisbəyli "Azərbaycanın səsi" yarışmasının iştirakçısıdır. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью