Sənətə gəlişimi ona borcluyam

28.06.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Anama minnətdaram ki, məni və 3 bacımı böyütdü. Hamımıza evlə təmin etdi. 15 yaşım olarkən atam şəhid olub. Anam əziyyətimizi çəkib".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov "Mədəni şou"da deyib. Xanəndə ailəsindən və sənətə gəlişindən danışaraq anasına və ustadına minnətdarlığını bildirib:

"Sənət həyatımda isə ustadım Mənsum İbrahimova borcluyam. Həyatda yaxşı insanlar var ki, qarşımıza çıxır. Amma hər şeyin səbəbkarı, yaşama səbəbim, gözümün nuru anamdır. Məni sənətə də anam gətirib. Məndən xəbərsiz Mənsum müəllimin yanına gedib və deyib ki, istedadlı oğlum var. Uşaq deyil, yaşı da var. Sənətimə gəlişimi onların adı ilə bağlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью