“Sənətimə bayağı deyən qələt edir” | Icma.az
Icma.az, Olay.az portalına istinadən məlumat verir. “Sənətimə "bayağı" deyən qələt edir” Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.O
İfaçı “bayağı” adlandırılmasından danışıb:“Mənim sənətimə, oxuduğuma, janrıma, çörək qazandığım sahəyə bayağı deyən qələt edir.
Başını daşdan daşa döyür. Heç kim bir insanı o tərzdə təhqir edə bilməz.
Mən oradan çörək qazanıram, ailəmə çörək gətirirəm və neçə ailə dolandırıam. Belə çıxır ki, hamı bayağıdır?
Ay ərzində 20 toya gedirəm, orada 300-500 adam olur, onu 1 il üçün hesablayanda, il ərzində nə qədərə gəlib çıxır.
Siz bu qədər insana necə bayağı deyə bilərsiniz? Sizə bayağı desələr, nə deyərsiniz? Təhqir sayarsınız?
Bunu özümə də tamaşaçıma da, ailəmə də təhqir sayıram”. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu