Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Vətən müharibəsində iştirak edən tanınmış hərbçiləri general-mayor Ələkbər Cahangirov və general-leytenant Kənan Seyidovun real döyüş kadrlarından fotoları üzə çıxıb.
Bakıvaxtı.az məlumat verir ki, hər iki hərbçi 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edib və döyüş tapşırıqlarının yerinə yetirilməsində mühüm rol oynayıb.
Məlumat üçün bildirək ki, Ələkbər Cahangirov Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır. Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
2024-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Kənan Seyidov da Vətən müharibəsinin tanınmış komandirlərindəndir. O, Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
2020-ci ilin noyabrında ona general-mayor ali hərbi rütbəsi verilib. Hazırda general-leytenantdır.
Fotonu təqdim edirik.
Murad İsmayıl