Şəngün yeni mövsümə hazırdı

13.10.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Hyuston”un 23 yaşlı türk basketbolçusu Alpərən Şəngün etiraf edib ki, yığmanın heyətində Avropa çempionatında oynamaq onun MBA-nın yeni mövsümünə daha yaxşı hazırlaşmasına kömək edib.

Xatırladaq ki, Türkiyə yığması finalda Almaniyaya uduzmaqla 2-ci yeri tutub:

“Avropa çempionatında oynamaq mənə MBA mövsümünə hazırlaşmaqda kömək etdimi? Əlbəttə. Milli komandada oynayandan sonra uzun müddət istirahət etmədim və bu mənim üçün yaxşı oldu. Bura formada qayıtdım və mövsümə hazır oldum. Fiziki cəhətdən özümü daha yaxşı hiss edirəm".


Şəngün MBA-nın 2024/25 müntəzəm mövsümündə 76 oyunda iştirak edib, orta hesabla 19,1 xalı, 10,3 ribaundu və 4,9 ötürməsi var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью