Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İranda ABŞ Prezidenti ilə bağlı sərt bəyanat səsləndirilib.
Redaktor.az xəbər verir ki, İran polisi açıqlamasında Tehran Ali Lideri Əli Xameneinin öldürülməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampdan qisas alınacağını bildirib.
Bildirilib ki, İran hüquq-mühafizə orqanları komandanlığının ideoloji-siyasi təşkilatının rəhbəri Əli Şirazi Trampın ABŞ tarixində görünməmiş addım atdığını iddia edib.
Onun sözlərinə görə, “ABŞ Prezidentlərindən heç biri qətlə əmr vermək kimi bir addım atmağa cəsarət etməyib”.
Əli Şirazi çıxışında sərt ifadələr işlədərək bildirib ki, “sən bizim imamımızı öldürdün. Bir imamın öldürülməsinin cəzasının nə olduğunu bilirsinizmi? Bu, səni müqavimət oxunun qarşısında tikələrə parçalamaqdır”.
Aminə ŞAHSUVARQIZI