“Səni pensiyaya göndərəcəyəm” Zaur Hacıyev

04.10.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Absolute Championship Akhmat” (ACA) promouterliyinin yüngül çəkidə döyüşən azərbaycanlı idmançısı Zaur Hacıyev qazaxıstanlı rəqibi Artem Reznikovla gözlənilən revanş qarşılaşması barədə danışıb.

Futbolpress.az xəbər verir ki, iki döyüşçü arasında ikinci görüşün dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək ACA turnirində baş tutması nəzərdə tutulub. Rusiyanın “Metaratings” portalına danışan Hacıyev artıq matçmeykerlərlə razılıq əldə olunduğunu bildirib:

“Hər şey buna doğru gedir, sadəcə rəsmi anons olmayıb. Matçmeykerlər bu barədə mənimlə danışıblar, mən də razılığımı vermişəm. Bu, bağlanmamış məsələdir. Reznikov elə düşünür ki, burada özünü evindəki kimi hiss edəcək, amma çox yanılır. Yazır ki, dəstəyi olacaq. Səni maksimum “Russkaya tribuna” dəstəkləyəcək. Əsas zal isə mənə azarkeşlik edəcək. Burada böyük auditoriyam, çoxlu qardaşlarım, dostlarım və qohumlarım var. Bura Qazaxıstan deyil, Artem. Burada hakimlər sənə kömək etməyəcək. Səni pensiyaya göndərəcəyəm”.

İdmançılar arasında birinci döyüş cari ilin iyun ayında ACA 205 turniri çərçivəsində keçirilib və hakimlərin bölünmüş qərarı ilə heç-heçə başa çatıb.

Zaur Hacıyevin peşəkar karyerasında 4 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə var. Artem Reznikov isə keçirdiyi döyüşlərdə 26 qələbə, 11 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью