Səni səni mahnısına 22 il sonra klip çəkdirdi

19.12.2024

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Xalq artisti Brilliant Dadaşova 2002-ci ildə təqdim etdiyi “Səninləyəm” adlı albomunda yer alan “Səni səni” mahnısına 22 il sonra klip çəkdirib.

Kulis.az xəbər verir ki, “Best of Brilliant” layihəsi çərçivəsində yeni aranjimanda təqdim edilən ifa üçün kamera qarşısına keçən estrada ulduzu imici ilə də diqqət çəkib. Mahnının klipi üçün xüsusi dekorlar qurulub. Pop ulduz müxtəlif obrazlarda iddialı görüntüsü ilə göz oxşayıb. Sənətçinin tərzi üzərində stilist Elnur Həsənov çalışıb.

“Caspian Media Group”un ekranlaşdırdığı layihənin rejissoru Qulu Əsgərovdur.

Qeyd edək ki, mahnının sözləri Brilliant Dadaşovaya, musiqisi Faiq Sücəddinova aiddir.

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda Bülbülün Memorial Muzeyində “Təbiətin rəngi” adlı sərgi Necə oldu ki, müəllim amansız qatilə çevrildi? - Sovet manyakı Andrey Çikatilo
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью