”Səni sözlərlə ifadə edə biləcəyimdən çox sevirəm”

13.09.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aktyor Ramil Babayevin doğum günüdür.

Axşam.az xəbər verir ki, aktyor özəl günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Ramil yeni yaşı ilə bağlı “Yeni yaşım xoş gəldin. 21 yaşım olur. Kim nə yazırsa yazsın, mən hələ 21 yaşındayam” sözlərini yazıb.

Aktyorun xanımı Nigar Babayeva da onu təbrik edib. O, Ramilə ünvanladığı paylaşımda “Ad günün mübarək, mənim əzizim! Həyatımda olduğun üçün hər gün şükür edirəm. Səni sözlərlə ifadə edə biləcəyimdən daha çox sevirəm. Həyatın bütün yollarında – istər gözəl, istər çətin günlərdə – hər zaman yanında olacağam. Sənin sevincin mənim sevincim, kədərin mənim kədərindir.

Arzum budur ki, yeni yaşın sənə möhkəm can sağlığı, xoşbəxtlik, uğur və ürəyindən keçən bütün gözəllikləri gətirsin. Səni sevirəm!” sözlərini qeyd edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью