Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Noyabrın 24-də gecə səmasını bürüyən Super Ay dünyanın müxtəlif nöqtələrində səma müşahidəçilərinə unudulmaz mənzərələr yaşadıb.
“Qafqazinfo” xəbər verir ki, Avropadan Asiyaya, Şimali Amerikadan Yaxın Şərqə qədər geniş coğrafiyada lentə alınan kadrlarda bədirlənmiş Ay həm tarixi abidələrin, həm də müasir şəhər panoramalarının fonunda diqqət çəkib.
Bu hadisə zamanı Ay adi bədirlənmə ilə müqayisədə təxminən 30 faiz daha parlaq və 14 faiz daha böyük görünüb.
Super Ayın gecə səmasını işıqlandırdığı anlar Nyu-York, Rotterdam, Roma, London, Frankfurt, Bitola, Afina, Boldogkőváralja, Tulvits, Zalsburq, Vyana, Tirana, Srinagar, Tehatta, Kəraçi, Küveyt və Beyrutdan lentə alınıb.
NASA-nın məlumatına görə, Super Ayı adi gözlə izləmək mümkün olsa da, durbin və ya teleskop vasitəsilə Ay kraterlərini və qədim lava axınlarının formalaşdırdığı “Ay dənizləri”ni daha aydın seçmək olar. Növbəti belə hadisəsinin 2027-ci il noyabrın 14-də baş verəcəyi gözlənilir.
Qeyd edək ki, bu Super Ay bəzi mənbələrdə “Samur Ayı” adlandırılır. Adın mənşəyi Şimali Amerikanın Algonkin yerli xalqlarının ənənələri ilə bağlıdır. Belə ki, noyabr ayında samurların qarşıdan gələn soyuq aylara hazırlıq məqsədilə yuvalarını və bəndlərini möhkəmləndirdiyi ən fəal dövr məhz bu vaxta təsadüf edir.