Sənin gözlərinin dərinliyində... Günün şeiri

20.02.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "İstərəm" şeirini təqdim edir.

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

Ramilə Şamilovanın qrup sərgisi olacaq Televiziyalara xəbərdarlıq edildi - Səbəb Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью