Şənlik zamanı faciə: Filadelfiyada avtomobil azarkeşlərin üzərinə sürüldü | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Filadelfiyada faciəvi hadisə baş verib.
Belə ki, "Philadelphia Eagles" futbol komandasının qələbəsinə sevinən azarkeşlərin üzərinə avtomobil sürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "NBC News" məlumat yayıb.
"Hadisə azarkeşlər "Eagles"in "Washington Commanders" üzərində qələbəsini və Superkuboka çıxmasını qeyd edərkən baş verib", - deyə məlumatda bildirilir.
Şahidlər hadisə yerini videoya çəkiblər. Görüntülərdə qəza yerinə xilasetmə xidmətlərinin avtomobillərinin gəldiyi görünür.
Şənlik zamanı faciə: Filadelfiyada avtomobil azarkeşlərin üzərinə sürüldü Qəza nəticəsində yaralananların olduğu bildirilir, ancaq zərərçəkənlərin dəqiq sayı açıqlanmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarını araşdırır.
Onlar avtomobilin təsadüfən insanların üzərinə sürüldüyünü ehtimal edirlər. Polis qadın sürücünün saxlanıldığını bildirib.
Tam oxu
Xəbəri oxu